Bulud
Dağda meşələrə çökən sükutGəlib ağır-ağır bir topa buludDurdu göy üzündə...Günəş qaraldı,Dəniz də büsbütün başqa rəng aldı.Bulud yuxarıdan baxdı dənizə:– Nəhəng bir gəmi tək mən üzə-üzəGəzirəm göyləri...Haraya getsəm,Hansı bir torpağı məskən də etsəmYenə də doymuram!..Həyatım şəndir,Dünya başdan-başa mənə vətəndir!..Sən isə qaynayıb daşsan da bəzən,Heç zaman, heç yerə uça bilməzsən.
Səndə görməmişəm belə istedad,Təbiət dənizə verməyib qanad!..Dəniz baxdı ona... Susdu bir ara;Sonra da, özünü çırpdı daşlara:– Dayan! Sözlərini saxla sən barı,Sən mənim sayəmdə qalxdın yuxarı!Sən mənsən,Mən də sən!Bu, bir vəhdətdir,Bu məna, bu vəhdət böyük hikmətdir!..“Sən – mənsən?! Mən də sən?!Sözünə bir bax:Gəl, məni eyləmə əldə oyuncaq!Əgər, belədirsə, söylə görüm, sənBəs niyə göylərə qalxa bilmirsən?– Qalxa bilməsəm də göylərə bir an,Mən heç də mənasız deyiləm, inan?Göydə yox, yerdə də olsaq belə biz,İnsana xidmətdir hər məqsədimiz!– Sən mənə dərs vermə! – hirsləndi bulud, –Mənə tay olmağı büsbütün unut!..
Bulud, uçub getdi...Dəniz qaldı tək,Daha qalxammadı o, əvvəlki tək.Uddu qəzəbini...Ağır olsa daƏzəldən bir qanun var bu dünyada:Nadanla söhbətə, bil, girişsən sən,Axırda qiymətdən özün düşərsən!..
Kitabxana.az · https://kitabxana.az/en/works/zeynal-xelil-bulud
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Nature and spring
Dilbər, tər sinədən götür çarqatı,Qoy bir də görünsün göyçək məmələr,
ƏzizimƏzəl səni sevdim, sonra ayrıldımOldu mənə müşkül hallar əzizim
QəzəlVahəsrəta ki, tərki-vəfa qıldı yarlər,Əfğan ki, keçdi həsrət ilə ruzigarlər.
Nisviyyət tərənələriÇöhreyi-dilbərani-fəttanı –Baxışımla öpən zamanda dərəm: