Dilbər, tər sinədən götür çarqatı,Qoy bir də görünsün göyçək məmələr,Həsrətin çəkməkdən cana yetmişəm,Açsın könlümüzü çiçək məmələr.

Örtüb basdırırsan gül pirəhəndə,Bu xasiyyət nədir, bilməzəm, səndə?Qar deyil əriyə nəfəs dəyəndə,Bir şey deyil yeyək, içək, məmələr.

Eşq əhlinə olsa xoş iltifatın,Gətirmə adını abi-həyatın;Şirinlikdə balın, qəndü nəbatınTamamı yalandı, gerçək-məmələr.

Zakir, hamı dərddən bu dərddi yaman –Bir kəs ahıl ola sevə növcavan;Qorxuram diş düşə, tökülə dəndən,Durmaya ağzında sürçək məmələr.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love