Fəsli bahar gəldi, könül, şad kam bul
Fəsli bahar gəldi, könül, şad kam bul,Yox etibar gərdişi-əyyamə, cam bul.
Naseh haram deyərsə meyi, söylə sən ona;Mən püxtə olmuşam, get özün kimi xam bul.
Bir neçə yarü həmdəm ilə künci-bağdə,Vəqti keçirmə, badeyi-gülnar-fam bul.
Eylə sücud sidq ilə əbruyi-saqiyə,Ol sərvqamətin nəzərində qiyam bul.
Yoxdur davamı zahidi-xuddar lütfünün,Tap bir pərivü rahəti-eyşi-müdam bul.
Vaiz kəlamə baxmasa bilməz nədir cavab,Oldur cavabı: mürşidi-hafizkolam bul.
Zinhar girmə məscidə, bihörmət olmagil,Var, paytəxti-meykədəyə, ehtiarm bul.
Həq söz budur ki, mədrəsədir dari-qalü qil,Qovğaya salma kəndini, Darüssəlam bul.
Eşq əhli getdi hər biri bir ismü rəsmlə,Zakir, oturma sən dəxi bir niknam bul.
Kitabxana.az · https://kitabxana.az/en/works/zakir-fesli-bahar-geldi-konul-sad-kam-bul
Use ← → keys to move, R for a random poem
More by this author
Yenə bizdən küsüb bivəfa dilbər,Kəsibdi ülfətin neçə müddətdi.
Yeri, ey bivəfa, həq varsın işinYeri, ey bivəfa, həq varsın işin,Ömrümüzə xələl qatdığın yetər.
Kəman əbrulərin, ox kipriklərinKəman əbrulərin, ox kipriklərinMən olmuşam rovzən-rovzən içində.
Könül, əbəs yerə üzmə canınıKönül, əbəs yerə üzmə canını,Xubların əhdində olmaz vəfası.
Poems by other poets · Wine and the tavern
Əgərçi sənsiz olur əhli-eşqə badə həram,Ləbin xəyalı ilə vacib oldu şürbi-müdam.
Məftuni-səri-zülfüne qüllab gərəkməzMəftuni-səri-zülfüne qüllab gərəkməz,Rəncuri-ləbi-ləlinə innab gərəkməz.
QurbandıƏhdi-peymanında dayanan yarın,Şəninə Minada quzu qurbandı.
Bu günBaşına döndüyüm ay Mah xanım,Ol güllü bağlara varmışam bu gün