Xəlqə şərh etmək qəmi-hicrin nə hacətdir mənə!Laləvəş sinəmdə dağların şəhadətdir mənə.

Xar olur, güli-həmraya baxsam, çeşmimə,Sərv qəddin görməsəm, ol gün qiyamətdir mənə.

Məqsədim oldur səgi-kuyinlə həmavaz olam,Bu təmənna versə ol, eyni-səadətdir mənə.

Giryəvü zarım visalınçın degil şamü səhər,Biğərəz sevdayi-eşqində bir adətdir mənə.

Çünki vəsli ol məhin mümkün degildir, ey əcəlÖldürüb azad qılsan, külli minnətdir mənə.

Əhd qıldı padşahım qətlinə fərda mənim,Xeyli dilşadəm bu gün, hərçənd zəhmətdir mənə.

Zakirəm, ol vechdən zülfü xətin müştaqiyəmKim, siyahbəxtü pərişanlıqda nisbətdir mənə.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love