Uçur gören məzarımıSanır ki, onda xakəm mən.Heç deməz ki, yardan ayrıLəhəd tək sinəçakəm mən.

Şəhidi-eşqdir tənim,Nə hacət qüslü kəfənim,Göz yaşı yuyub bədənim,Dəfn eyləyin ki, pakəm mən.

Üstümə gəlsə ol nigar,Qoymun nəbzim tuta zinhar;Barmaqları qabar atar,Ziyadə suznakəm mən.

Qəsdin imtahandı əgər,Bunca cövrü cəfa yetər,Tut əlimi, nazlı dilbər,Dərd əlindən həlakəm mən.

Zakirəm ləbi- meyguna,Cigərim dönübdür xunə,Nisbətim vermə Məcnunə,Bir aşiqi bibakəm mən.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love