Hər kimin ki, nəzəri arizi-pürxalə düşər
Hər kimin ki, nəzəri arizi-pürxalə düşər,Dami-geysulərə pabəstə olub, qalə düşər.
Vəsmə çək qaşlarının tağına peyvəst olsun,Bu kəşakeş deyil, ay başına bir halə düşər.
Aşiqi-xam-təməbusə dilər ləlindən,Bir deməz ki, nigəhindən ona təbxalə düşər.
Vamiqü Qeys mənimlə rəhi-rüsvalıqdaNə qədər səxt təka-pu eləyə, dalə düşər.
Qoy tökülsün güli-rüxsarına zülfi-siyəhin,Rəsmdir nəqşi-nigaridə siyəh alə düşər.
Çeşmi bəddən səni hifz edə amanında xuda,Tabi meydən ki, güli-arizinə jalə düşər.
Zakira, dərdi-dəruni üzə saldı əşkim,Bir deyən yox, belə qammazlıq ətfalə düşər.
Kitabxana.az · https://kitabxana.az/en/works/zakir-her-kimin-ki-nezeri-arizi-purxale-duser
Use ← → keys to move, R for a random poem
More by this author
Cəfa çəkdim, bağ yetirdim,Gülşəni xarə tapşırdım.
Sədaqətli dostlar haqqındaBir tısbağa, bir kəsəyən, bir qarğaYoldaş olmuş idi bundan sabiqa.
Məni bir şux bu gün xanə-xərab etdi yenəMəni bir şux bu gün xanə-xərab etdi yenə,Aldı aramımı, bitaqətü tab etdi yenə,
Can cilvələnir qaməti-mövzunu görəndəCan cilvələnir qaməti-mövzunu görəndə,Dil tazələnir arizi-dilcunu görəndə.
Poems by other poets · Love
Gəl ey bülbül, bahar keçdi,Nə ağlarsan, nə sızlarsan,
Deyişmə: Qış fəslinçün tikdirmişəm, bil, səniQış fəslinçün tikdirmişəm, bil, səni,Bir aylığa düz, Allahı sevərsən.
Ey gözüm, vermə könül bu gözü xummarılərəEy gözüm, vermə könül bu gözü xummarılərə,Olma mayil bu qara qürrəli dildarlərə.
Qəzəl: Saqın ey qönçə dəhən gül kimi xəndan gəzməSaqın ey qönçə dəhən gül kimi xəndan gəzmə,Dağıdıb zülfü pərişan-pərişan gəzmə