Qış fəslinçün tikdirmişəm, bil, səni,Bir aylığa düz, Allahı sevərsən.Vədə təmam olub, bir zad qalmayıb,Yaxınlaşıb yaz, Allahı sevərsən.

— Dam:

Qalmayıbdı məndə tab-u-tavana,Vurma mənə yüz, Allahı sevərsən.Yıxıllam üstünə, dizlərim, səni,Çıx altımdan tez, Allahı sevərsən.

— Şahverdi:

Əlindən çəkirəm Allah amanı,Gəl mənə güldürmə dostu düşməni,Hər dəm şaqqıldayıb qorxutma məni,Kefin olsun saz, Allahı sevərsən.

— Dam:

Mən bilirəm bağlamazsan ardımı,Dirək ki yox, nazik qoydun pərdimi,Hamı bilməzsən, bilirsən dərdimi,Çox danışma söz, Allahı sevərsən.

— Şahverdi:

Çox yarığı mən nökərdən qırmışam,Üç ay qışdır qulluğunda durmuşam,Pərdi qoyub yaxşı dirək vurmuşam,Əyilmə, dur düz, Allahı sevərsən.

— Dam:

Yarı pərdim alça, yarım ərikdi,Məni qazan hansı beyldi, külükdi,Pərdim sirək, həm divarım çürükdi,Necə eyləyək biz, Allahı sevərsən.

— Şahverdi:

Yaxşı etdin məni çöllər sakini,Acığım tutdurma, odlaram səni,Adam bilib saya salmırsan məni,Göstərərəm göz, Allahı sevərsən.

— Dam:

Pərdim ki belədir, divarım belə,Götür mətil-şitliyi at çölə,Xətanı sav, daha düşkən yola,Keç başımdan vaz, Allahı sevərsən.

— Cavab:

Ey Şahverdi, damın yaxşı dam imiş,Qoy danışsın söz, Allahı sevərsən.Görməmişdim damı desin qafiyə,Demə görür yüz, Allahı sevərsən.

Gör nicə damdır ki, vardı kəmalı,Dərd dilin sənə eyləyir halı,Daha istəməsən bu qalmaqalı,Çıx kənarda gəz, Allahı sevərsən.

Daha şeir-qəzəl söyləmə, bəsdi,Pərdisi-divarı təmam şikəstdi,Baxırsan yıxılır nə zərbi-şəstdi,Çox da qırma qoz, Allahı sevərsən.

Görürsən ki, kişi baxmaz sözünə,Ta dayanma, nə salmısan yüzünə,Rəhm eylə əyala, oğlan-qızına,Ağlamasın göz, Allahı sevərsən.

Xəzanidə etdi sənə nəsihət,Baxmadın heç kəsə, yoxdu məzəmmət,Bihəyasan, simtənsən, həqiqət,Gəl ağartma bəz, Allahı sevərsən.

Random poem

Poems by other poets · Love