Sallanıban yüz naz ilənBu seyrana gələn dilbərXəzan dəymiş qönçə kimiSaralıban solan dilbər

Cavan ömrün verdin badəNə gün gördün bu dünyadəYetdi hər bir kəs muradəSən sən məhrum qalan dilbər

Qaşların fitnədir fillıBuxaqların qoşa xallıŞum taleli, bədiqballıBəxti qara olan dilbər

Şeyda bülbül təki ötdümVarıb bir üzə ki yar tutdumDəxi səndən mən əl götdümDön gəl, sözü yalan dilbər

Əmib ləblərini qandımÖzüm özümdən usandımZabitəm bu dərdə yandımYoxdur səni alan dilbər

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love