Məgər məşuq aşiqin dərdindənHalı olmaz, xəbər bilməz, a zalımBir yar ki yarından cüda düşəndəDahi onu yada salmaz, a zalım

Könül əl götürməz bu biwəfadənBol möhnətlər çəkər hicrü bəladənYar olan usanıb cövrü cəfadənMəgər heç insafa gəlməz, a zalım

Leyliyə Məcnunəm, Şirinə FərhadəmSorsan əhvalımı, könlü bərbadəmHəsrətindən qan ağlaram dəmadəmGöz yaşımı silən olmaz, a zalım

Qaşlarını oxşatmışam kamanaCəmalın tən edər mahi-tabanaDemə belə gedər dövri-zamanəBu gözəllik sənə qalmaz, a zalım

Zabit həqiqətdən lafü-kaf eylərQaşın mehrabinə etikaf eylərDost olan dostuna bir insaf eylərBirdən durub canın almaz, a zalım

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love