Dönən deyiləm
İxtiyar səndir, vəfalı dilbər,Mən sənin könlünə dəyən deyiləm,Nə səbəbdir məndən kənar gəzirsən,Sirrini yadlara deyən deyiləm
Tavus kimi sayqal ver gül üzünə,Danışanda mail olam sözünə,İllər ilən gözüm baxsa gözünə,Tanrı bilsin səndən dönən deyiləm
Həmrahın yarı sən, təzə nurəstə,Canım qurban olsun vəfalı dosta,Baş qoyub yataram ağ sinən üstə,Öpərəm, dişlərəm, yeyən deyiləm
Kitabxana.az · https://kitabxana.az/en/works/hemrah-donen-deyilem
Use ← → keys to move, R for a random poem