Ala gözlüm, halallaşaq ayrılaq,Yadıma düşübdü el yavaş-yavaş.Can ayrılır, cəsəd qalır viranə,Aç siyah zülfünü, yol yavaş-yavaş.

Götürüb dəstinə gəzdirsən ağı,Mən olmuşam ala gözün dustağı.Məhşər, qiyamətdi ayrılıq çağı,Dolansın boynuma qol yavaş-yavaş.

Sərinə qoyubsan qızıldan tacı,Düşüb Abdullanın bil ehtiyacı.Müddətdi xəstəyəm, dəhanım acı,Süzülür ləbindən bal yavaş-yavaş.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love