Duman, çiskin qalxdı ərşi-səmaya,Görünmür gözümə dağ nişanası,Əcəl gəlib, ömür gedib fənaya,Yoxdur bu yerlərdə ağ nişanası.

Duman, çiskin məni qara yetirdi,Çəkdi Mənsur kimi dara yetirdi.Müxənnət cismimə yara yetirdi,Yoxdu bədənimin saf nişanası.

Fələk bərhəm etdi, pozdu növrağıDağ üstən çəkibdi üstümə dağı,Bülbül fəğan edər, dolanar bağıGörəndə gül üstə zağ nişanası.

Dastan olum, necə düşüm dillərə?Məcnun kimi fələk saldı çöllərə.Yandı qara bağrım döndü küllərə,Yoxdu ürəyimdə yağ nişanası.

Abdullayam, əlim əldən üzüldü,Seyraqublar dörd yanıma düzüldü.Fələk vurdu növrağımız pozuldu,Yoxdu gülşənimdə bağ nişanası.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Nature and spring