Övzai-dəhrü kari-cahanü dövrü-ruzigar
What is a ghazal?
Ghazal: a lyric poem of couplets (beyts) on a single rhyme. The closing couplet is the maqta: there the poet signs with a pen name.
Övzai-dəhrü kari-cahanü dövrü-ruzigar,Daim təğyir ilə təbdil qılıb şüar.
Bundan qiyas eylə ki, gör gahi yay olur,Gahi xəzanü, gahi zimistanü, gahi bahar.
Gah səfavü eyşü təravətdə gülü çəmən,Məcmu səbzü xürrəm olur bağu laləzar.
Gah fəsürdəxatir üşşaq tək zəmin,Fəsli-xərif cümlə nəhifü fükarü qar.
Güldən gedər o ətrü səfa gördüyün tamam,Biçarə əndəlib olur bağdan kənar.
Gəh bir zəlili qaldırırbən dəhr edər əziz,Eylər cəhanə xosrovi-sultani-tafdar.
Gəh bir əzizi sərvərü sultanü xan ikən, -Eylər bu ruzigari-cahanda zəlilü xar.
Maqta — the closing couplet bearing the poet’s pen name. Ari Xəzani dəhrdə bu rəsmdir qədim,Əlbəttə bu fənayə könül vermə zinhar.
Kitabxana.az · https://kitabxana.az/en/works/mir-mehdi-xezani-ovzai-dehru-kari-cahanu-dovru-ruzigar
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Nature and spring
Nazənin gözəllər seyrə gedirlər,Ol mahi-tabanım hani görünməz,
Bir ay əmindiKönlümün növrağı, şəmsü çırağıQəlbi natəvanım, bir ay əmindi.
Aç qara zülfünü ta səfheyi-rusxarı tulaAç qara zülfünü ta səfheyi-ruxsarı tuta,Xoş olur sünbül əgər açıla gülzarı tuta.
"Vətən bağı" al-əlvandır"Vətən bağı" al-əlvandır,Yox içində xarı bülbül.