Bir ay əmindi
Könlümün növrağı, şəmsü çırağıQəlbi natəvanım, bir ay əmindi.Dedim: dilbər, məni salma fərağa,Dedi: cəbr eyləsən, bir ay əm indi.
Dedim: bu bülbülün bağçası bir gül,Dedi: aldanıbsan, bağçası bir gül.Dedim: al bəzənmiş bağçası, bir gül,Dedi: bağbanı var bir ayə mindi.
Dedim: yeddi üçün tağı beşdimi?Dedi: onun gərdən bağı beşdimi?Dedim: bir budağın tağı beşdimi?Dedi: aça bilsən, bir ayə mindi.
Dedim: bu on birin yoxla on üçün,Dedi: doqquz qəbul olub on üçün.Dedim: üçü alacaqdı on üçün,Dedi: İman, doğru bir ayə əmindi.
Kitabxana.az · https://kitabxana.az/en/works/novres-iman-bir-ay-emindi
Use ← → keys to move, R for a random poem
More by this author
Ovsunçusan, mənlə dərdə yarısan,Ovsun sal dağlara, ay mar al, mar al.
Ay üzər, üzərCamalın şöləsi gəzir cahanı,Necə ərş üzündə Ay üzər, üzər.
Maralı dağlarKəmənd əldə, səyyad ov bərəsində,Ovçusu da ağlar, maralı da ağlar.
Nara hey yanarSədada səd mənəm, qəm bənasıyam,Hicranda cəsədim nara hey yanar.