Kəmənd əldə, səyyad ov bərəsində,Ovçusu da ağlar, maralı da ağlar.Oxun sədasından, güllə səsindənHürküşüb əylənməz, maralı dağlar.

Mənim dərdim budu, öz bəlası nə?Gözəl məni saldı öz bəlasına.Yaranan qıyarmı öz balasına,Ox dəysə tiflinə, maralı dağlar.

İman, nə dərdin var, yar, a məndədi,Ləzzəti gözəlin yar əməndədi.Təzə, köhnə nə var yara məndədi,Zənbur tək sinəmdən mar alı dağlar.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets