SadıqHikmət məclisində əyləşən alim,Əvvəl, mana yamənhudan xəbər ver.Ərşin sütununda, merac evindəSöz nə keçdi, goftü gudan xəbər ver.

İmanBir ilahim Cəbrailə buyurdu,Yamənhu - mən kiməm, tanı deməkdir.Üç min kəlmə peyğəmbərə danışdı,Gizlin, aşkar o sübhanı deməkdir.

SadıqO kim idi, yerə çaldı mayanı,Su ikən bərkitdi səngü qayanı?Be altında de noqdanı bəyanı,Bərü bəhrü səngü sudan xəbər ver.

İmanHikməti-xudadan maya vuruldu,Be-bərkidi, haqq nizamı quruldu.Və gün dedi, xak sudan duruldu,Dağı, daşı, cismi, canı deməkdir.

SadıqO kim idi, zərnişanı oxudu?Kim idi, peyğəmbərə kəfən toxudu?Adəmdən irəli siğə yoxdu,Vəznü vəştü ənkəhudan xəbər ver.

İmanƏzrayıl oxudu lövhi-məhfuzu,Peyğəmbər kəfənin toxudu özü.Cəbrailə dedi, siğə qıl bizi,Adəm ilə o Həvvanı deməkdi.

SadıqO kim idi, bir məkana yetmədi?O kim idi, əyri yolu tutmadı?O nələrdi, öz həddinə çatmadı?Həftü həştü sivü dudan xəbər ver.

İmanMusa haqqın hesabına yetmədi,Salman idi, əyri yolu tutmadı.Cənnət, cəhənnəmdi, həddə çatmadı,Aydı, gündü, otuz sanı demədi.

SadıqO kim idi, yetişmədi nisaba?Kim idi, peyğəmbərə oldu əsaba?Xəstə Qasım, özün yetir hesaba,Bərrü, bəhrü səngü sudan xəbər ver.

İmanArif sözlərinə huş verdi sərim,Hər yana yetirir məna gözlərim.Coşdurur sinəmdə qəmli dəftərim,Çox incidir bu İmanı deməkdi.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Divine love