SadıqAdəmdən XatəməNatiqi-quran mənim.Din mənim, məzhəb mənim,Yol mənim, ərkan mənim.Gül mənim, bülbül mənim,Sünbüllü reyhan mənim.Yerdə insan, göydə qılman,Ərşdə aslan mənim.

İmanİbtidadan intəhayaGərdişi-dövran mənim.Nuri-əhməd xəlq olandanAxır əz-zaman mənim.Dil mənim, Zəbul mənim,Qabili-tuban mənim.Heydər mənim, Səfdər mənim,Ol Şahi-Mərdan mənim.Nuri-ənvər, Şəmsü Qəmər,Rakini-iman mənim.

SadıqAbü ataş, xakü baddanYaratdı sübhan bizi.Altı mindən altı yüzüİsbat qıldı üç yüzü.Dörd yüz arxa bağladıDəryada qırx dörd dənizi.Yetmiş üçün mən biriyəm,Altımışın qırx səkkizi.Beş içində altı məkkə,Səkkiz yüz fərman mənim.

İmanAb, ataş - odda, sudu,Xak - torpaq, bad - yel.Altı mindən doqquz yüzdüHəmdin nizamı bir il.Sünnət əmri nəhyi məkruh,Dörd yüz qırx dörd, onu bil.Sovm içində müqəddimat,Məkkə səkkiz yüz səbil;Bu elmədə xaliq veribDərsimi pünhan mənim.

SadıqYeddi eyvan, səkkiz seyvan,Qırx sütun, bir ləngəri.Yeddi molla, yeddi dərviş,Yeddi püst, yeddi dəri.Yeddi min qırxdan irəli,Səkkiz yüz dörddən bəri;Bi işləri cəm edəninSərinə əsər gəli.Pir mənim, ustad mənim,Yol mənim, ərkan mənim.

İmanYeddi eyvan - cəhənnəmdi,Səkkizdi Rizvan səda;Ənbiyalar, övsiyalarQırx sütun ləngər xuda.Yeddi səhvi, yeddi şəkki,Yeddi ruz, yeddi nida.Yeddi min qırx - keçən tarix,Səkkiz yüz dörddü cüda;Həm bənasız, həm vəfasız,Nə olsa viran mənim.

SadıqBistü həştü nisb içindəYar məni isbat edər;Bir mürəkkəbdə oxunanSureyi-əyyat edər.Altı min altı yüzOtuz dördü zat edər;İncil, Zəbur, Söhvü Tövrat,Ayeyi-Quran mənim.

İmanİslamiyyət aləmindəİyirmi səkkiz hərf var;Xaçpərəstdə altı arıq,Otuz dördür aşikar.Bir tərəfdə nəzər qılsa,Heydər - Düldülsəvar;O eyndə nitqə gəlsə,Əfv olunan can mənim.

SadıqXəstə Qasım Tikmədaşlı,Sahibi-cümlə xata.Var ümidi taci-merac,Billəm ki, eylər əta.Gəlsə dəftər, olsa rəhbər,Şahsuvar innafəta;Nə qədər günahım olsa,Əfv eylər rəhman mənim.

İmanNovrəs İman Göyçə elli,Sidqi şahi-heydərə;Ərşi-əladan mədh gəldi,Biz də yazdıq dəftərə;Tifil ikən məhd içindəHökm qıldı əjdərə;Xaliq özü şəfaətçiYazdı ruzi-məhşərə;Qorxum yoxdu qurulandaƏdalət divan mənim.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets