Var
Gözün açıb bu dünyaya gül olan,Demə ki, nə yaxşı xoş səfası var.Alçaltma kəndini, doğru gəz, dolan,Səfası varsa da, çox cəfası var.
Hər yetənlə ülfət qılma, kənar gəz,Həqiqi dost olan qəlbini əyməz.Yüz namərd yığılsa bir mərdə dəyməz,Məhəbbət əhlinin bir vəfası var.
Yaxşı dostu satma dünya malına,Rəhmin gəlsin füqəralar halına.Əvvəlcə fikir ver işin dalına,Dərk elə sirrinin hər xanası var.
Çıxma haqq yolundan, axtar doğru yol,Hərcayi sözləri eyləmə qəbul.İstəyənlə ilqarında möhkəm ol,Hərdəm xəyallığın nə binası var?
Hər namərdə bel bağlama müttəsil,Göstərər isbatın olarsan xəcil.Bədəsil kimsəyə üz versən dəlil,Novrəs İman söylər iltihası var.
Kitabxana.az · https://kitabxana.az/en/works/novres-iman-var-gozun-acib-bu-dunyaya-gul-olan
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Gecə-gündüz istəyirəm mən səni,Hamı dünyanın malınca gəlin.
YoxumuşXaraba qalasan, Tiflis şəhəri,Heç səndə oynayıb-gülən yoxumuş.
Mən nə deyirəmMən deyirəm zülmkardan azad olsun vətənimPozulmasın xəzan vurmuş bağlar kimi gülşənim
Yar məniBir söz ilə mən duzağa tutuldum,Bu qərib ellərdə yaxdı yar məni,