On yeddi
Bir ağacda üç budaq var, beş giləCəm eylədim, oldu bağı on yeddi.On yeddi bəndi var, on yeddi camı,Hərdən nuş eylər sağı on yeddi.
On yeddisi durub dəsbədəs bütün,Onyeddisin allam istəsəm satın.On yeddi ləngərdi, otuz dörd sütun,Otuz dörd sütunun tağı on yeddi.
Altmış səkkiz qulu nuri-dirəxşan,On yeddiyə xidmətkardı hər zaman,Gah enir, gah qalxır, gətirir fərman,Qarası bir olub, ağı on yeddi.
On yeddisi əldə tutubdu sazı,On yeddisi elər qumru avazı,On yeddisi gözəl nəqş edir yazı,Yazılan işərtli çağı on yeddi.
Novrəs İman on yeddiyə qul olmuş,On yeddisi mənlə dilbədil olmuş,On yeddi dərvişə bir mənzil olmuş,Şölə verən var çırağı on yeddi.
Kitabxana.az · https://kitabxana.az/en/works/novres-iman-on-yeddi
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
گاهی ز درون گه ز برون میآیی
Beməxə (Fərsiz){| class="wikitable" style="font-size:1.0em; text-align: left;" width="80%"|-bgcolor="#D8BFD8"
HəsəninYarə deyin bizdən qarğış almasın,Yerdə qalmaz ah-zarı Həsənin,
SualAləm, səndən mən bir xəbər alayım,Cənnətin çırağı nə içindədir?