Soruşmamış bir aşığın halınıDilin açıb həcv, hədyan danışma!Yaxşı sevirsiniz dünya malını,İstəmirik deyib, yalan danışma!

Yalan demir, rüşvət yemir telli saz,Cadu yazmır, fitnə vermir, kələkbaz!Mollasan, gəl otur, mən deyim, sən yazZikrimdədir şiri-yəzdan, danışma!

Ol şiri-xudaya məhəbbətim var,Zikrimdə həmişə seyyidi-əbrar,Car olur dilimdə qolsuz ələmdar,Verəndi dərdlərə dərman, danışma!

Zəlilə bir qulam, düşmüşəm çölə,Dinən yoxdu qabağımdan bil hələ.Novrəstə İmanam, gər gələm dilə,Elərəm aləmi heyran, danışma!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Divine love