Var
Bir şəhərdə altı dərviş,Onun pak əsası var;Daş gətirib kərpic verənOn nəfər bənnası varBir şəhərində qırx səkkiz minSəkkizyüz səksən səkkiz sərvəri,Yeddi min iki yüz quldu,Haqdan nişanası var.
O qulların altı dəstəVar qabaqda ləşkəri;Hər birisi yeddi mindən,İki yüzdü səfləri;Min səkkiz yüz pəhləvanıƏvvəl bağlar səngəri;Yeddi min səf, iki yüz cəmAçılan aynası var.
Altı min yüz iyirmi ər,Min səkkiz yüz dəstəsi;Min səkiz yüz doqquz yüzəOdu fövcün bəstəsi;On iki min iki yüz qırxQoşunun şikəstəsi;Altı min yüz iyirmininMin səkkiz yüz xası var.
On dörd min qırx şəm-çırağıHökm edər min səksənə;İki nəfər rəzm içindəOna baxar, gah sənə;Bir hakimi müqərrərdi,Dilin açar əhsənə;Beş beş yetər iyrim beşə,Beşin çox mənası var.
Bu gün mən istərəm açamƏr aşıqlar meydanı;Pirim mana nüsrət versə;Tək alaram dünyanı;Toxunmayın, incitməyinSiz bu Novrəs İmanı;Tifil ikən dərd əhlidi,Canda qəm dəryası var.
Kitabxana.az · https://kitabxana.az/en/works/novres-iman-var-bir-seherde-alti-dervis
Use ← → keys to move, R for a random poem