QeysərFərşi-züumurun neçə nizamı,Neçədi cəsədi, canı neçədi?Neçədi təhtində səhvətül xuram,Neçədi əfzəli, xanı neçədi?

İmanFərşi-züumurun beşdi nizamı,Cəsədi yeddidi, canı üç oldu.Üç varlıq təngində fərşi göstərin,Əfzəli ikidi, xanı üç oldu.

QeysərAyeyi-vəlnəcmi-iza havadan,Nə olur aşikar o vəzzühadan?Vəl şəmsi, vəl leyli iza yaxadan,O əziz ayənin sanı neçədi?

İmanVəl nəcmi-Rəsulun qəlbi münəvvər,Vəzzüha camalı, hüsnü müəttərVəl leyli şəmindən alındı xəbər,Şeş guşə ayətin sanı üç oldu.

QeysərMomudu şintiya İlya Taptap,Naibi mərmərə əbzədül şəhab.Tohiri-əladır amasil xitab,Qatili-huşanın şanı neçədi?

İmanMomudu şintiya Rəsuli-əla,Taptap-Əlidir, nami-İlya.Mərmərə şahabim şahi-Mürtəza,Qatili-huşanın şanı üç oldu.

QeysərQeysərəm, sözümdən qaldı bir kalam,Harda bu işlərə verildi əncam?Sən de, mən eşidim yerbəyer tamam,Neçədi mənzili, xanı neçədi?

İmanTohiri-əladır imamül hüda,Uzatma, kəs dilin, sözün et cüda.Bənd elərəm səni, istəsə xuda,İman deyər, axır sözün heç oldu.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets