Mən səni
QeysərDüşübsən nagahın cəngi-dəstimə,Az vaxta çəkərəm dara mən səni.Od vurram, yanarsan başdan-ayağa,Atdırram alova, nara mən səni.
İmanSidqinən dilərəm Şahi-Mərdanı,Gətirərəm ahü zara mən səni.Yetişsə quluna şahın fəramanı,Salaram bir özgə kara mən səni.
QeysərMənəm bir əjdaha, kamım açılsa,Aləm yanar atəşimdən saçılsa.Qeyzə gəlib, gül irənkin qaçılsa,Eyləyərəm günüqara mən səni.
İmanBeçeyi-şahbazam, şikarım ovlar,İstəsəm ağamdan, qılıncım sovlar.Ataram, canına düşər alovlar,Yandırram ataşa, nara mən səni.
QeysərQafilsən işimdən, Rumi-Qeysərəm,Qara yellər kimi əsən sərsərəm.Bənd eyləyib, axır, başın kəsərəm,Göndərərəm dar məzara mən səni.
İmanEşidəsən, quli-Şahi-Mərdanam,Qeybdən dərs alan Novrəs İmanam,Belə cəng içində mərdi-meydanam,Tərlanam, döndərrəm sara mən səni.
Kitabxana.az · https://kitabxana.az/en/works/novres-iman-men-seni
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Məni yardan ayırdılar,Sənə olsun xəbər, xanım
Yenə nə bərq idi kim, saldı eşq canımğaYenə nə bərq idi kim, saldı eşq canımğaKi, tüşdü şəm kibi məğzi-üstüxanımğa.
QızAşiq oldum mən sənə, ey gözləri məstanə qızNə qədər ki istərəm məndən durarsan yanə qız
Xəbər verBadi-səba apar mənim peyğamım,Başın üçün o dildara xəbər ver,