Badi-səba apar mənim peyğamım,Başın üçün o dildara xəbər ver,Yalvar, yapış, ağla sızla yavunçı,Ərzi-halım sitəmkara xəbər ver

Nisan təki çeşmim döndü yağına,Rəhmin gəlsin sinəm üstə dağına,Yetcək öp əlin, düş ayağına,Aliyişanə o sərdara xəbər ver

Dərdi-qəm əlindən çəkirəm aman,Yetiş fəryadıma, ya Sahibəzzaman,İqbal sərnigun, bəxtdir yaman,Məni munda günü qara xəbər ver

Müştaqiyəm, ömrüm getdi talana,Qarışmışam məni dərdə salana,İllər ilə sənə həsrət qalana,Gözü yolda intizara xəbər ver

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Separation