Gecə gündüz intizarın çəkərəm,Aman Allah, yar əyləndi, gəlmədiHəsrətindən əlif qədim bükərəm,Aman Allah, yar əyləndi, gəlmədi

Gələm dedi, vəd eylədi, getdi,Sözü xilaf oldu, vədədən ötdü,Səbəb nolldu, bizi yaddan unutdu,Aman Allah, yar əyləndi, gəlmədi

Badi-səba dost köyündən gələndə,Verginən bir xəbər mən dərdməndə,Bizimlən iqrar etdi gedəndə,Aman Allah, yar əyləndi, gəlmədi

Gələn varmı, görüm, yarı gözdümi,Varıb ərz eyləyim ona dərdimi,Bilmən onda qeyrə könül verdimi,Aman Allah, yar əyləndi, gəlmədi

Aşikar oldu mənim dərdi-nihanım,Ovc etdi fələyə ah ü əfğanım,Razıyəm, hicrində üzüldü canım,Aman Allah, yar əyləndi, gəlmədi

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Separation