Şahidi-laşərikə ləh şol sənəmin camalıdır
What is a ghazal?
Ghazal: a lyric poem of couplets (beyts) on a single rhyme. The closing couplet is the maqta: there the poet signs with a pen name.
Şahidi-laşərikə ləh şol sənəmin camalıdır,Leysə kəmislihi anın nun ilə mimü dalıdır.
Çöhrəsi gərçi nur ilə kəşfi-hicabi-vəch edər,Vəchə işarət eyləyən ol qəmərin hilalıdır.
Gərçi hər ayda bir gecə aya kamal irir, vəliYüz qəmər irməz anda kim, ol qəmərin kamalıdır.
Surəti gərçi hüsn ilə cuşa gətirdi aləmi,Fitnəyi qoparan anın qaş ilə zülfü xalıdır.
Axirətin nəiminə olma hərisü baxma kim,Hur ilə cənnətü liqa cümlə anın vüsalıdır.
Mehri-rüxün nə vəch ilə qabil ola zavala kim,Vəsfi-camalın, ey günəş, ayəti-bizəvalidir.
Şübheyi-laşərikə ləh ta biləsən ki, məndə yox,Güzgüyə baxü güzgüdə gör ki, nəyin misalıdır.
Vəslə qənaət etmişəm, dünyavü axirət sana,Aşiqə şol müşahidə ne’məti-layəzalidir.
Maqta — the closing couplet bearing the poet’s pen name. Şükr edərəm ilahimə hər nəfəs, ey Nəsimi kim,Əhli-kamala məntiqin rəhməti-zülcəlalidir.
Kitabxana.az · https://kitabxana.az/en/works/nasimi-sahidi-laserike-leh-sol-senemin-camalidir
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Love
Ağalar, bir gözəl sevdim,Mübarək xas gecəsidi.
Mürəbbə: Bu məkanda müşk ənbər yeri varBu məkanda müşk ənbər yeri varQara gözlüm gəzən yerdir bu yerlər
TillərinA sevdiyim, bizə doğru qədəm bas,Gözləyə-gözləyə qaldım yolların.
آن نه زلفیست که پیچیده به دور ذقن استچنبر لاله و نسرین و گل و یاسمن است