ŞəkərXoş gəldin bu bağa, Novrəs İmanım,Səndən ötrü intizarı çəkmişəm.Sən yada düşəndə üzülüb canım,Mansır tək Hələbdə darı çəkmişəm.

İmanAğlama, ağlama, ay Şəkər xanım,Şama pərvanayam, narı çəkmişəm.Ağlayırsan, qalmır dinim, imanım,Dağlarda çox boran-qarı çəkmişəm.

ŞəkərArifü pürkamal, qəşəngü qəllaş,Axtardın dünyanı, gəzdin başabaş.Mal-dövlət nə lazım, mən sana peşkaşQoynumdakı bir cüt narı çəkmişəm.

İmanİsmin yad eylədim, kərrari-kərimÇaşıb dolaşanda oldu rəhbərim.Fikirim, zikirim, dildə əzbərim,Allahi-əkbəri carı çəkmişəm.

ŞəkərŞəkərəm, söyləyim bəyanbabəyan,Arifsən, sözümün mətləbini qan.Naşı sərraf bilməz ləli-Bədəxşan,Mətahıma sən xirdarı çəkmişəm.

İmanNovrəs İman deyin mənim adıma,Xızır peyğəmbəri saldım yadıma,Sidqinən çağırdım, yetdi dadıma,Onun kimi mədədkarı çəkmişəm.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Wisdom and advice