Axtaran dəricə dəryalar təkin,Dərs aldı, yetişdi “sin” ayəsinə.Çətin yaralıdı, candan əl çəkin,Sağalar, yetişsə sinayə sinə.

Laçın seyrə çıxsa, qaz alar nədən?Nədən qədər gəlir, qəzalar nədən?Şirincə yaxşıdı qazalar nədən,Yaxınca gərəkdi sin, ayə, sinə.

Səyyadlar seyr eylər dağlar sərində,Qışda gərdiş eylər dağlar sərində.Dərd əhli İmanın dağlar sərində,İstər ki, sinədən sinayə sinə.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets