Sədəqəsinnən
Nə gözəl, mənalı, oxu, sən də bax,Bir qəzəl yazıbdı sədəqə "sin"nən.Deyirlər gəzməyə gedirmiş ancaqAğa nökəriynən sədəqəsinnən.
Vəfalı yar, mənim meylim sənədi.Min doqquz yüz iyrim səkkiz sənədi.Qul olaram sənə, verrəm sənədi,Əgər versən hüsnün sədəqəsinnən.
İman görüb saqi, qədəh, cəm elə.Xaliq bir nəzərlə baxar cəm elə.Otuz altıynan on yeddini cəm elə,Səsləsən, səs verər səd ağa sinnən.
Kitabxana.az · https://kitabxana.az/en/works/novres-iman-sedeqesinnen
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Love
Ey ağalar məni niyə qınarsızEyləsə dərdimə bu dərman eylər
Bulud göydən lal keçərRomans*Bulud göydən lal keçər,
Bir kəs ki, qəm düçarı ola, ağlar, ağlamazBir kəs ki, qəm düçarı ola, ağlar, ağlamaz?Ənduhu qüssə yarı ola, ağlar, ağlamaz?
Ey gözüm nuri, qarari-düi-ürfan, getməNeyləyim, covr eləyir cərxi-cəfakar mənə,Göndərib hər nə qədər covr, sitəm var, mənə.