Qəfil bir ox atdın, tökdü qanımı,Qoymadı gəzməyəsə qalam, gedəm.Sənin fikrin xəstə saldı canımı,Ümid var, ellərə sağalam, gedəm.

Gətirdin rəngimə sarı, gözəl, sən,Rəhm eylə, yaramı sarı, gözəl, sən!Mərhəmət qıl bizə sarı, gözəl sən,Həsrətəm, ölməmiş sağ alam, gedəm.

İyidlər meydanı, dağı şirindi,Çəkdirən Fərhada dağı Şirindi.İman deyər, ləbində ağı şirindi,Gözün deyir: xəstə, sağal, əm, get əm.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets