Dolannam
Əylən, bir söz deyim, ey gülüzarım,Var könlümün bir bazarı, dolannam.Hərdən, birdən düşür mənim güzarım,Məhlənizə yol kənarı dolannam.
Üç hərfə nəqş olub ismin ayası,Oxuram, açılsın qəlbim aynası.Müxənnət əyyamın yoxdu vəfası,Verib mana ahu zarı, dolannam.
"Rey" rəhminən xəlq eləyib kirdigar,"Vav" salıb canıma eşqin aşikar."Sin" salam eylə bir tuti dilin var,Çox çəkirəm intizarı, dolannam.
Hərcayı insana hədyan deyərlər,Dərd əhli olana nadan deyərlər,Götürüb dalınca böhtan deyərlər,Yox dünyanın etibarı, dolannam.
Şövq əhli, xəyalın, həm özün cavan,Eşit nəsihəti, sözlərimi qan,İşarət eyləyir Novrəstə İman,Saxlamışam düz ilqarı, dolannam.
Kitabxana.az · https://kitabxana.az/en/works/novres-iman-dolannam
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Gülün ləçəyində od varaq-varaq,Bilmirik hardandır bu rəng, bu ətir.
SəninNazlım, hüsnün gülşənindəAçılmış güllərin sənin,
Hüsnün təalə şanəhü sünində heyran olmuşamHüsnün təala şanəhü sünində heyran olmuşam,Şirin ləbini yad edib, sər ta qədəm can olmuşam.
جان کو به تن آباد بود هیچ بوَددل گر به جهان شاد بود هیچ بود