Hüsnün təalə şanəhü sünində heyran olmuşam
What is a ghazal?
Ghazal: a lyric poem of couplets (beyts) on a single rhyme. The closing couplet is the maqta: there the poet signs with a pen name.
Hüsnün təala şanəhü sünində heyran olmuşam,Şirin ləbini yad edib, sər ta qədəm can olmuşam.
Badi-səbadan sünbülün kim, ayə düşmüş sayəsi,Aşüftə gördüm, ey sənəm, andan pərişan olmuşam.
Abi-həyatın zövqünü mən ta ki, sordum ləblərin,Içirmiş ol meydən mana, mən abi-heyvan olmuşam.
Simin əlin dəstan ilə ta könlümü seyd eylədi,Hər dilə düşmüşdür adım, aləmdə dəstan olmuşam.
Çün əhsəni-təqvim idi, əqlim mana insan dedi,Ol canların məhbubu gör, bil kim, nə insan olmuşam.
Kə’bə üzündür canıma, eşq ilə məscudam ana,Ey zülfü kafir, gör necə gerçək müsəlman olmuşam.
Maqta — the closing couplet bearing the poet’s pen name. Bəndə Nəsimi görəli nuri-xuda üzündə mənIndi şəhadət əhliyəm, çün əhli-iman olmuşam.
Kitabxana.az · https://kitabxana.az/en/works/nasimi-husnun-teala-sanehu-suninde-heyran-olmusam
Use ← → keys to move, R for a random poem
More by this author
Bağrımnı dəlür navəki-hicrani-filani,Qanımnı tökər sehr ilə çeşmani-filani.
Başını top eyləgil, gir vəhdətin meydanınaBaşını top eyləgil, gir vəhdətin meydanına,Ey könül, müştaq isən gər zülfünün çövkanına.
Bir cəfakeş aşiqəm, ey yar, səndən dönməzəmBir cəfakeş aşiqəm, ey yar, səndən dönməzəm,Xəncər ilə yürəgimi yar, səndən dönməzəm.
Bir dəxi görmək camalın könlüm, ey can, arzularBir dəxi görmək camalın könlüm, ey can, arzular,Xəsteyi-dərdi-fəraqın dərdə dərman arzular.
Poems by other poets · Love
— Əhməd Paşa:Ana halal ilə südün əmmişəm
Bu sevdaya düşən günü ölmüşəmSevib sevdasına yandığım gözəl,Bu sevdaya düşən günü ölmüşəm.
DüşmüşəmMəcnunsuz çöllərin Leylisiyəm mən,İtkin yarm sorağına düşmüşəm.
Bu dönüklər, vəfasızlar dünyası...Kimi kim bivəfa dünyada gördüm,*bivəfa gördüm.*