Həsrət yaşı hər ləhzə qılır bənzimizi saz,Bu pərdədə kim, nəsnə bizə olmadı qəmsaz.

“Üşşaq” meyindən qılalı işrəti-”Novruz”,Ta “Rast” gələ çəngi-”Hüseyni”də sərəfraz.

Ba “Çargahi” lütf qıl, ey hüsnü “Büzürgi”,“Kuçik” dəhənindən bizə, ey dilbəri-”Tənnaz”.

“Zəngulə” sifət nalə qılam zar “Segaha”,Çün əzmi-”Hicaz” eyləyə məhbubi-xoşavaz.

Ahəngi-”Sifahan” qılır ol nami-”Əraqi”,“Rəhavi” yolunda yenə canım qıla pərvaz.

Könlümü “Hisar” eylədi ol ruhi-”Mübarğə”,Gəl olma “Müxalif” bizə, ey dilbəri-”Şahnaz”.

Maqta — the closing couplet bearing the poet’s pen name. Çun “Şurə” gəlib eşq sözün qıla Nəsimi,Şövqündən anın cuşa gəlir Sə’diyi-Şiraz.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love