Səni mənim qədər kimsə anlamaz,Kimsə duya bilməz səni mənimtək,Sən ölmək istədin dünyada bir az,Beş saat...Bir saat...Bir qədər ölmək!

Sonra yenə qalxıb soyuq məzardanDuymaq məhəbbətin birin dadını.Sənə söyləyərdi hamı o zamanCavan Romeonun gözəl qadını.

Vəssalam.Yaxşıdır bəlkə bu ölüm –Yenə dirilirsən, ömr eləyirsən.Sevgidə,Gülyetta,A mənim gülüm,Belə bir oyunu istəmirəm mən.

Əgər baş tutsaydı bu oyun, düzü,Min ləkə gələrdi saf məhəbbətə.Nə sən, nə sevdiyin Romeo özüQovuşa bilməzdi əbədiyyətə.

Uşaq oyuncağı deyil məhəbbət,Onun əzabı da, nəşəsi də var,O həqiqət sevir, yalnız həqiqət –Həqiqi bir həyat!Həqiqi məzar!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love