Ta cəmalın rütbəsin, ey şux, idrak eylədi,Rəşkdən gülşəndə gül pirahənin çak eylədi.

Ləlinin ta qönçeyi-noxiztək rəngin görübYar yüzin ruxsari-pakın rəşk əflak eylədi.

Əşkim ol gündən gözümdən düşdü kim seylan edibTutiyayi-xaki-payın didədən pak eylədi.

Könlüm ol gündən bənə düşməndi kim səndən səva,Gül tamaşası ani gördüm fərəhnak eylədi.

Olmasaydı vəslin öldürmüşdi hicranın məni,Səmmi-hicri zövq-vəslin məhz-tiryak eylədi.

Maqta — the closing couplet bearing the poet’s pen name. Yusifin ta kim yetirsin kuyinə badi-səba,Atəşi-eşqin vücudin yandırıb xak eylədi.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love