Eşitcək bu sözü təbim həzan dilkəbab oldu,Açıb dürci-dəhanın əql ilən hazırcavab oldu:Məgər divanədir üşşaq eşqi-yardən keçsin,Həvayi-vəslü sövdayi-rüxi-dildardan keçsin?Rəvadır təşneyi-məhəbbət meyden əl çəksin!Qoyub zövqü səfanı badeyi-gülnardan keçsin?!Olanda fesli-gül, tər qönçenin arayiş əyyamı,Qoyarmı eşq şeyda bülbülü gülzardan keçsin?Keçər nazü nəimi-cavidandan aşiqi-sadiq,Və lakin müşkül işdir ləzzeti-didardən keçsin.Olar keçmək Bədəxşan ləlinin alafi-əlfindən,Çetindir aşiqə Iəli-ləbi-dildardan keçsin.Olub Qumridən ötrii rişteyi-can geysuyi-canan,Məgər candan keçib, ol türreyi-tərrardən keçsin?!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love