Çıxmaz başımdan eşq ilə sevdası dilbərin,Könlümdə var həmişə təmmənnası dilbərin,

Nuş etmişəm şərabi-məhəbbət ələstdə,Getməz ölüncə nəşeyi-səhbasi dilbərin.

Vaiz, məlamət etmə məni, həq mənimlədir,Gəl bax, bu mən, bu sən, bu tamaşası dilbərin.

Cənnətdə hər nə vardı, sənin, qoy mənim olaBir kəlmə söhbəti-fərəhəfzası dilbərin.

Maqta — the closing couplet bearing the poet’s pen name. Yox özgə məşqi vəsli-raxi-yardən səva,Qumri olubdur aşiqi-şeydası dilbərin.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love