Ey dil, vəfası yoxdu dilara gözəllərin,Cövrü cəfası çoxdu bu rəna gözəllərin.

Yüz nazü qəmzə ilə can almaqdır adəti,Ahu baxışlı gözləri şəhla gözəllərin.

Hər tarı bir kəmənd kimi xəlqi bənd edər,Dami-bəlayə zülfi mütərra gözəllərin.

Tavus tək bəzər özünü, xəlqi aldadar,Çün fikrü zikri məkrdi qəta gözəllərin.

Bir dəfə güldürər səni, min dəfə ağladar,Şənində gəlməyibdi təvəlla gözəllərin.

Maqta — the closing couplet bearing the poet’s pen name. Çox imtahan elibdi kəma-keyf haqqına,Arifdi çünki, Qumriyi-şeyda gözəllərin.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love