Bir mələk üzlü pəri simə nigarım var mənim,Zahida, huri-behiştilə nə karım var mənim

Zərrəvəş mehrilə sərgərdandır bu nüh fələk,Bir günəş üzlü qəmər tal'ətlü yarım var mənim

Sayeyi-Tuba ilə bağı-behişti neylərəm,Gülşəni-aləmdə sərvi-gülüzarım var mənim

Dilbəra, şəm'i-ruxun şövqinə hər şəb ta səhərGənci-qəmdə nari-ahi-pürşərarım var mənim

Eşqi-dilbərdən fəraqət eylə dir nasih bana,Şöylə zənn eylər ki Nitqi ixtiyarım var mənim

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love