Dövr gəldi, gülgəz zövq ü səfa eyləyəlim,Xari-qəmdən dili gül kimi cüda eyləyəlim

Qıldı afaqı müəttər bu dəm ənfasi-nəsim,Səhni-səhrada gələk şimdi həva eyləyəlim

Oxusun eşq zəburını gül altında həzar,Yenə Davud nəfəslərlə nəva eyləyəlim

Gərdi-qəmdən könül ayinəsi pürzəng oldu,Badeyi-saf ilə gəl, gül kimi cila eyləyəlim

Nitqiya, dövri-gülü işrətlə xub keçir,Dövləti-Şah Süleymana dua eyləyəlim

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Nature and spring