Varımdı sinədə dərdü qəmi-nəhan, ölürəm,Fəda olum sənə, gəl eylə imtəhan, ölürəm.

Fəraqdan gecələr yatmaram səbahə kimi,Xəyali-zulfunə bağlı gedibdir can, ölürəm.

Bahari-husnun əra gör necə xəzanəm mən,Bahar laləsi tək bağrım oldu qan, ölürəm.

Vərəq-vərəq dilu can hicrin icrə odlaşdı,Misali-kəncəfə sədparə oldu can, ölürəm.

O xaki-payini mən aşiyanə etmiş idim,Vətəndən ayrı düşüb indi laməkan, ölürəm.

Dedin ki, cək əlini damənimdən, əl cəkdim,Tərəhhum eyləmədin axır, ey cavan, ölürəm.

Cəkirdim həsrətini, görmədim, xudahafiz!Olubdur indi işim naləvu fəğan, ölürəm.

Fəda o qamətinə kim, qəza nə xoş cəkmiş,Qədər bukub belimi, eyləyib kəman, ölürəm.

Maqta — the closing couplet bearing the poet’s pen name. Fəraqdan tukənib tabu taqətim, billah,Vüsalə yetməz əlim, zaru Natəvan ölürəm.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Separation