Gedərdi sinəmdən bu dağ həsrət,Əgər sənin cəmalını görsəydim,Əyilibən qəddim dönməzdi yaya,İki əbru hilalını görsəydim.

Hicran əlindən yetmişəm cana,Nə deyim dərdim gəlməz bəyana,Baxmanam cənnətdə huri-qılmana,Bircə ləhzə vüsalını görsəydim.

Dolanım başına, ey qibleyi-hacət,Qurbanın olum, ey sərvi-qamət,Qumrı kimi bağlardım itaət,Sənin nazlı nihalını görsəydim.

Kəbeyi-kuyündür Aşığa merac,Dərgahi-vüsalına tapılmaz əlac,Səhrayi-Xətəndən alardım xərac,Süzgün çeşmi-qəzalını görsəydim.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Separation