Mürəbbe: Vəd verib mənə gələm demişdin
Vəd verib mənə gələm demişdin,Gözüm qaldı intizarda gəlmədin.Sənsiz mənim ağlamaq oldu münisim,Mənsur kimi qaldım darda gəlmədin.
Əydi qəddimi fürqətin məlalı,Necə xəm eylədi qaşın hilalı,Saldı məni dama zülfün xiyalı,Məni qoydu əşkbarda gəlmədin.
Mən elə Aşıqam, ey vədə xilaf,Nizeyi-ahımdan çərx olar şikaf,Belə olur, ay bimürvət nainsaf,Getdi əldən ixtiyarda gəlmədin.
Kitabxana.az · https://kitabxana.az/en/works/sari-asiq-murebbe-ved-verib-mene-gelem-demisdin
Use ← → keys to move, R for a random poem
More by this author
Gedərdi sinəmdən bu dağ həsrət,Əgər sənin cəmalını görsəydim,
Mürəbbe: Əyibdi qəddimi qaşlarının taqıƏyibdi qəddimi qaşlarının taqı,Qəsd eyləyib şirin cana gözlərin,
Mürəbbe: Gəldi qasid dedi mən biqərarəGəldi qasid dedi mən biqərarə,Şux dilrubanın izdirabı var,
Mürəbbe: Bir namə yazmışdı gözlər şahıBir namə yazmışdı gözlər şahı,Gəldi mən tək mübtəlayə yetişdi,
Poems by other poets
Mari-siyahi-zülfün edər xanə könlümü,Qıldı məhəlli-gənc bu viranə könlümü.
Sultan Əbdülməcidə xitabənEy padşahım bir dur,Dərvişi fərəhnak et,
Təcnis: Nazlı yara dərdi-dilim yazmağaNazlı yara dərdi-dilim yazmağa,Nə bir kağız tapdım naqaləmindi,
Hərc-MərcÇərx cəfapişə gətir gərdişəBürk aldı qaç olubdu Şirvanımız