Şikar edib tutdum bir şahi-tərlan,Sən etdin əqlimi zail, ay Yaxşı,Səni sevən keçər candan, sərindən,Olur cəmalına mail, ay Yaxşı.

Söhbətində olan istər Saz kimi,Mən çəkərəm hər dəm sənin nazını,Şəms-qəmər kimi göstər yüzünü,Gün kimi aləmə yayıl, ay Yaxşı.

Qaşların oxdur, kirpiyin almas,Haradan oxlasan yaram sağalmaz,Gedər bu gözəllik sənə də qalmaz,Əgərçi sərxoşsan, ayıl, ay Yaxşı.

Məni sənə Aşıq etdi yaradan,Sənin rəqibini haqq götürsün aradan,İstərsən bir xəbər tut Saradan,Yollarında mənəm sail, ay Yaxşı.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets