Gəldi qasid dedi mən biqərarə,Şux dilrubanın izdirabı var,Şöleyi-ahı Süreyyadan keçibdi,Gecə nə aramı, nə də xabı var.

Bu xəbər ki yetdi mən dili zarə,Xalqdan özümü çəkdim kənarə,Ağlayıb yalvardım pərvərdigarə,Dərdimin nə həddi, nə hesabı var.

Nə xoş çəkib səni nəqqaşi-əzəl,Qəza şövkətinə verməsin xələl,Gözəllikdə sən sən şahi-bibədəl,Hər çənd fələk aftabı var.

Xəm qılıb qamətin fələk aşikar,Rüyəti-cəmalına çəkər intizar,Dolanır başına hər leyl-ü nəhar,Alnında təsəddüq mahtabı var.

Aşıq sirrin xalqa dastan oldu,Gün-bəgün əhvalın pərişan oldu,Sağlığına içdiklərim qan oldu,Nə qədər saqinin mey-nabı var.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Fate