Altı ya beş yaşında təxminən,Tifli-məsumi, dilxərabi-həzin;Gəziyor küçə içrə sərgərdan,Bəni etməzmi dilkəbab qəmin?

Rişəsini tişeyi fələk kəsmiş,Guya ki, bir nihali məzlumdur.Acizəm vəsfinə qərib baxışın,Arifanə, bu hal məlumdur!

Gediyor peşiman-peşiman.Gəzir ətrafı çeşmi-xunbarı.Görüyor nazü neməti əlvan,Lərzə içrə o çeşmi-gülnarı

Onsız demək bu tifli-zəif,Arayurmuş həqiqi valideyni;Baxtı yar oldu, bəxtiyar oldu,Pək sevər də şəfiqi-valideyni!1909

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Fate