Olmadı mümkün edim halımı cananə ərz
What is a ghazal?
Ghazal: a lyric poem of couplets (beyts) on a single rhyme. The closing couplet is the maqta: there the poet signs with a pen name.
Olmadı mümkün edim halımı cananə ərz,Mur nə qism eyləsin şahi-Süleymanə ərz.
Tab ola gər aşiqə yar üzün görməyə,Şəm’ə edər hər gecə dərdini pərvanə ərz.
Surəti-divar tək olmasa gər lalü məhv,Dərdin edər yarına aşiqi-divanə ərz.
Badi-səba, fəsli-gül gülşənə etsən xuram,Hali-pərişanım et sünbülü reyhanə ərz.
Şə’şəeyi-arizin aldı gözümdən şüa’,Qoymadı halım edim ol məhi-tabanə ərz.
Çahi-məzəllətdə bənd Bijən olub müstəmənd,Halın onun kim edə Rüstəmi-dastanə ərz?
Gərdişi-çərxi-fələk olmasa kamımca gər,Dərdi-dilim eylərəm şahi-Xorasanə ərz.
Mətləi-şəmsi-züha, məzhəri-nuri-hüda,Fəxri-dili-Mürtəza, mənbəi-ürfanə ərz.
Maqta — the closing couplet bearing the poet’s pen name. Səhmi-şəbi-tardən olma, Nəbati, məxuf,Dadi-dilin etgilən sureyi-Imranə ərz.
Kitabxana.az · https://kitabxana.az/en/works/ebulqasim-nebati-olmadi-mumkun-edim-halimi-canane-erz
Use ← → keys to move, R for a random poem
More by this author
Baxma şümşada, gözüm, sərvi-xuraman gəz-gəz,Dərmə hər qönçəni, bir qönçeyi-xəndan gəz-gəz.
Eşq camından içən kimsə huşyar olmazEşq camından içən kimsə huşyar olmaz,Nə bu dünyadə, qiyamətdə də bidar olmaz.
Nədən ol büti-pərivəş dəxi bir bu yanə gəlməzNədən ol büti-pərivəş dəxi bir bu yanə gəlməz,Məgər ol xərabə evdən usanıb cəzanə gəlməz?
Nisbət sənə’ ey şux, Züleyxa ola bilməzNisbət sənə’ ey şux, Züleyxa ola bilməz,Bu işvədə, bu qəmzədə Leyla ola bilməz.
Poems by other poets · Love
Ey ağalar, oldum dərdə giriftarBir çeşmi-xunxarı sevəndən bəri
AyırmaSənə qurban olum, fələk,Dağları qardan ayırma!
Hüseyn Ərəblinskiyə(Hüseyn Ərəblinskinin təşhi-cənazəsinə oxunan növhə)Möhtərəm, ey sevgili yoldaşımız mərhum Hüseyn!
Təcnis: Gözüm görcək səni istər kamaləGözüm görcək səni istər kamalə,Bürqeyin üzündən dağıdar Yaxşı,