Ey ağalar, oldum dərdə giriftarBir çeşmi-xunxarı sevəndən bəriGözüm yolda qaldı, canım intizarSərdarım, sultanım gedəndən bəri

Vədə tamam oldu, canan gəlmədiAxan qanlı yaşı gözdən silmədiCərahətləndi bədən, şəfa bulmadıTəbib məndən uzaq olandan bəri

Gecə gündüz müdam olmuşam bidarXəstələnib canım bulubdur azarSərf eylədim mal və mülkü hər nə varMüjəsinə yarım atandan bəri

Yar yardan ayrılmaq yamandır yamanHəsrətin çəkməkdən oldum bigüman

Baxıram yollara gözləri al qanGül yüzlü dilbəri görməzdən bəri

Düşmüş atəşə yanıram axırNəhan sirrim xəlqə olubdur zahirİqrarı üstündə durubdur NazirYar ilən iqrarın eyləndən bəri

Random poem

Poems by other poets · Love