Gəraylı: Ala gözlü nazlı yardan
Ala gözlü nazlı yardanMən dönərəm, könül dönməz,Çeşmi cadu fitnəkardanMən dönərəm, könül dönməz
Sovuq sular gəlir dağdan,Gül bənövşə qoxur bağdan,Gümüş qəbqəb ağ buxaqdanMən dönərəm, könül dönməz
Nə görmüşəm dəxi eldən,Can mürğünə verməz xaldən,Ləbi şəkər, dili baldanMən dönərəm, könül dönməz
Nə umarsan zülfi mardan,Qurtulmadım ah və zardan,Bu bimürvət zalım yardanMən dönərəm, könül dönməz
Bu şikəstə düşdü dildən,Qucmaq istər nazik beldən,Yanaqları qızıl güldənMən dönərəm, könül dönməz
Kitabxana.az · https://kitabxana.az/en/works/sikeste-el-sairi-gerayli-ala-gozlu-nazli-yardan