Sevdiyim ləblərin sərməsti olanYəqin bil saqidən şərab istəməzMəşuqə könlündə mürüvvət olsaAşiqin bağrını kəbab istəməz

Cəhd ilə aşiqi kamala yetərRəqibi küyündən zavala yetərMən təki xəstəni vüsala yetərMəgər gözəllər səvab istəməz

Pərişan tellərin əssin bad olsunRəqib küyündən varsın yad olsunGötür bürqe yüzdən könül şad olsunGünəşdir cəmalın niqab istəməz

Gözlərin xumardır qaşların cəlladBu hikmətdə sən sən şah KeyqubadYıxma könül şəhrin eyləmə bərbadHeç padşah mülkün xərab istəməz

Musqulu İbrahim dönməz rahındanHərdəm imdad istər padşahındanÜmidin kəsməz haqq dərgahındanKeçər günahından hesab istəməz

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love